28.11.2016

Gəncəli şahmatçılar ölkəmizi təmsil edəcək

    Gəncəli şahmatçılar Qubada keçirilən “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə Respublika birinciliyində iştirak ediblər.

    Təmsilçilərimiz Leyla Budaqova I yerin, Səadət Bəşirli II yerin, Toğrul Həmidli isə III yerin sahibi olub. Həmçinin Leyla Budaqova 2017-ci ildə Rumıniyada keçiriləcək Dünya birinciliyində, Səadət Bəşirli isə Monteneqroda keçiriləcək Avropa birinciliyində ölkəmizi təmsil etmək hüququ qazanıb.


Açar sözlər: ,