29.11.2016

Uşaq Evinin sakinləri tibbi müayinədən keçiblər

    Gəncə Uşaq Evinin sakinləri növbəti dəfə həkim müayinəsindən keçiblər. Pediatr, nevropatoloq, oftolmoloq və stomatoloqlardan ibarət səyyar qrup balacaları müayinə edib, onlara tibbi məsləhətlər veriblər.  Müayinə zamanı uşaqların antropometrik ölçülərinə, görmə qabiliyyətinin, dişlərin və onurğanın vəziyyətinə xüsusi diqqət yetirilib.

    Müayinə zamanı uşaqlarda hər hansı ciddi xəstəliklərin  aşkarlanmadığını bildirən Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova uşaqlara daim göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib.