06.12.2016

İnsan alverinin qurbanı olmayaq

    Gəncə şəhər 31 saylı tam orta məktəbdə Gəncə SOS Uşaq Kəndinin dəstəyi ilə “İnsan alverinin qurbanı olmayaq!” adlı maarifləndirici seminar keçirilib.

    Məktəbin müəllim və şagirdlərinin, valideynlərin iştirak etdiyi tədbirdə “İnsan alveri nədir?”, “Kimlər insan alverinin qurbanı ola bilər”, “Səbəbləri, cəlbetmə metodları” mövzularında geniş söhbət açılıb. İştirakçılar insan alverindən zərərçəkmə ehtimalı olduqda və ya təhlükə hiss etdikdə ilk olaraq hara müraciət etmək barəsində məlumatlandırılıblar.

    Huquqşunas Sevinc Süleymanova seminar iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verib.


Açar sözlər: