İctimai səhiyyə İslahatlar Mərkəzi və Təhsil Nazirliyinin xətti ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645№-li Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiyanın icrası məqsədi ilə Gəncə Şəhər 25 №-li tam orta məktəbdə 150 nəfər şagird və müəllimlərin iştirakı ilə "Sağlam qidalanma forumu" keçirildi.
"Sağlam qidalanma forumu"nda İctimai Səhiyyə İslahatlar Mərkəzinin əməkdaşları və şöbə müdiri Səbinə Babazadə tərəfindən məktəblilərin qidalanması, sağlam həyat tərzi, artıq çəki, fiziki aktivlik və s. məsələlər müzakirə olundu və tövsiyyələr verildi.