08.12.2016

"Əsrə bərabər 25 ildə"

    "Əsrə bərabər 25 ildə" mövzusunda bilik yarışının sonuncu turu keçirilib.
    Yarışda ümumilikdə 6 komanda mübarizə aparıb. Yarış üç turdan ibarət olub və onların hər birində 12 sual səsləndirilib. Qalib komandalar turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyənləşdirilib.
    Yarışda Laçın komandası birinci, Şuşa komandası ikinci, Xocalı komandası isə üçüncü yerə layiq görülüb. Qaliblər təltifnamələrlə mükafatlandırılıblar.
    Yarış iştirakçıları, münsiflər heyətinin üzvləri bu bilik yarışının şagirdlərə Heydər Əliyev irsi haqqında daha geniş biliyə yiyələnməyə imkan yaratdığını qeyd ediblər.
    Bu ilki yarış tələbələrin böyük fəallığı və birincilik uğrunda əzmkar mübarizəsi ilə yadda qalıb. Qeyd olunub ki, bu cür yarışlar Heydər Əliyev irsinin təbliği ilə yanaşı, gənclərin vətənpərvər ruhda tərbiyəsinə də müsbət təsir göstərir. Bu yarışma, eyni zamanda, gənclərin hər tərəfli inkişafı, onların bu cür yarışlara hazırlıqlarının və bilik səviyyələrinin artması üçün geniş imkanlar yaradır.


Açar sözlər: ,  ,