09.12.2016

Heydər Əliyev Mərkəzinə ekskursiya 

    Gəncə Şəhər 42 nömrəli tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
    Şagirdlər Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olublar. Mərkəzin işçiləri liderin həyat və fəaliyyəti, siyasi irsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri haqqında ətraflı məlumatlar veriblər.
    Ekskursiya Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi daşıyır.


Açar sözlər: