16.12.2016

“Fövqəladə hallar uşaqların gözü ilə” VI Respublika uşaq yaradıcılıq müsabiqəsi 

    Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallar uşaqların gözü ilə” VI Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib.

    Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hallara ictimaiyyətin diqqətinin yönəldilməsidir.
    Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.
    Tədbir iştirakçıları əvvəlcə akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.
    Sonra tədbir iştirakçıları sərgi ilə tanış olub.
    Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının modeli və 149 yumşaq oyuncaq təqdim olunub.
    Gəncə şəhəri üzrə “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin Respublika mərhələsində 5 nominasiya üzrə 24 iş göndərilmişdir.
    Onlardan aşağıda adları göstərilən 9 şagirdin işi müsabiqənin Respublika mərhələsində mükafatlandırıcı yerlərə layiq görülmüşdü:
1. Plakat müsabiqəsi üzrə - 42 №-li tam orta məktəbin VIII sinif şagirdi Rüstəmova Aydan İsmayıl qızı- I yer
2. Əl işi müsabiqəsi üzrə - 28 №-li tam orta məktəbin IV sinif şagirdi Rzayev Tələt Nadir oğlu - I yer
3. Rəsm müsabiqəsi üzrə - M.Ə.Sabir adına 5 №-li tam orta məktəbin XI sinif şagirdi Məmmədova Mədinə Maqsud qızı- II yer
4. Rəsm müsabiqəsi üzrə - M.Ə.Sabir adına 5 №-li tam orta məktəbin X sinif şagirdi Abdullayeva Günel Elşən qızı -II yer
5. Plakat müsabiqəsi üzrə - 37 №-li tam orta məktəbin IV sinif şagirdi Həsənova Türkan Abbas qızı- III yer
6. Plakat müsabiqəsi üzrə - M.C.Paşayev adına 39 №-li tam orta məktəbin VII sinif şagirdi Qurbanlı Səbinə Elmar qızı- III yer
7. Əl işi müsabiqəsi üzrə - İ.Qayıbov adına 1 №-li tam orta məktəbin VIII sinif şagirdi Hüseynova Nəfisə Arzu qızı - III yer
8. Əl işi müsabiqəsi üzrə -M.Mehdizadə adına 4 №-li tam orta məktəbin II sinif şagirdi Məmmədov Cavad Emin oğlu - III yer
9. Yumşaq oyuncaq müsabiqəsi üzrə - A.S.Puşqin adına 9 №-li tam orta məktəbin X sinif şagirdi Xəlilova Sevgili Kənan qızı - III yer