Gəncə şəhəri Heydər Əliyev Mərkəzində “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Beynəlxalq elmi-praktik konfransdan öncə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, nümayəndə heyəti və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Daha sonra Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami yurdu – qədim Gəncə” adlı təsviri sənət əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Sərgiylə tanışlıqdan sonra mütəfəkkir və filosof Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb