Ümummilli lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı bu ənənələrin uğurla davam etdirildiyindən xəbər verir. Bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Gələcək nəslin asudə vaxtlarının, onların istirahətlərinin təşkili Gəncə şəhər 22 saylı tam orta məktəbdə də diqqət mərkəzində saxlanılır. Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər keçirilir. Belə ki, 4a sinif şagirdləri üçün qış gəzintisi təşkil edilib. Məktəblilər növbə ilə Heydər Əliyev Mərkəzinə, Nizami Gəncəvi Mərkəzi və Məqbərəsinə, Məhsəti Mərkəzinə, Cavad xanın türbəsinə, Park-Bulvar Kompleksinə, Xan bağına ekskursiya ediblər.
Qış gəzintisi məktəblilərin yaddaşında xoş izlər buraxıb, onların böyük sevincinə səbəb olub.