Gəncə şəhər 22 saylı tam orta məktəbdə “Biologiya” fənn aylığı ilə bağlı silisilə tədbirlər keçirilib. Fənn aylığı ərzində müəllimlərin açıq dərsləri dinlənilib, divar qəzetləri, bülletenlər buraxılıb.
Biologiya müəllimi,”İlin ən yaxşı müəllim”i müsabiqəsinin qalıbi Aynurə Orucova “Qan qrupları. Donur olmaq həyat qurtarır” mövzusu ilə bağlı açıq dərsi şəhər Endokrinoloji Xəstəxanada keçib. Təcrübə xarakteri daşıyan dərsdə şagirdlər həkimlərin köməyi ilə qan qruplarını təyin edib, mikroskopla qanın formalı elementlərinə baxıblar. Aynurə Orucova bildirib ki, hər bir insan öz qan qrupunu və rezus amilini bilməlidir. Qan vermək isə insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir.