Gəncə Şahmat Məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat və dama turniri keçirilib. Yarış bir qədər fərqli olub. Bu dəfə şahmat taxtası arxasında müxtəlif yaş qruplarından olan uşaqlar deyil, məktəbin məşqçi-müəllimləri əyləşiblər. Şahmat idman növünün inkişaf etməsi, yeni idmançıların yetişməsində əməyi olan məşqçi-müəllimlər bacarıqlarını sınayaraq, qalib adı uğrunda mübarizəyə qoşulublar.
Gəngin keçən mübarizənin qaliblərinə və fəal iştirakçıları diplomlar təqdim edilib.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.