27.12.2016

Şagirdlər üçün monitorinq test imtahanı keçirilib

    Gəncə şəhər 9 saylı tam orta məktəbin 3-cü  sinif şagirdləri arasında monitorinq test imtahanı keçirilib. Azərbaycan dili fənnini üzrə keçirilən imtahanda şagirdlərin bilik və bacarıqları açıq tipli test tapşırıqları ilə yoxlanılıb.

    Şagirdlər 1 saat 30 dəqiqə ərzində 18 açıq tipli test tapşırığını həll ediblər.

    Qeyd edək ki, imtahan  təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.


Açar sözlər: ,