Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsil verənlərin əlavə təhsili üzrə təlimlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən ibtidai təhsil səviyyəsi üzrə müəllimlər üçün təlim kursu başlamışdır. Təlimlər 3 modul üzrə aparılır: sinfin idarə edilməsi, oxu bacarıqlarının və məntiqi riyazi təfəkkürün inkişaf etdirilməsi.
Gəncə şəhəri üzrə 120 müəllim 6 qrupda təlim keçəcək. Təlimlər may ayının əvvəlinə qədər davam edəcək.