12.01.2017

Şagirdlər Aqrar Universitetdə

    Orta məktəb şagirdlərinin aqrar təhsilə marağının artırılmasında onlara Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq imkanlarının, o cümlədən tədrisin maddi-texniki bazasının, tələbə həyatının və digər zəruri təsisatların nümayiş etdiriməsinin əhəmiyyəti olduqca böyükdür.

    ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu məqsədlə Gəncə şəhər və ətraf rayonların XI sinif şagirdlərinin müəyyən edilən qrafikə uyğun universitetə ekskursiyaları başlanılıb. Şagirdlər universitetin yeni tələbə yataqxanası, tələbə kafesi, tədris korpusları, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə mərkəzi, istixanaları, açıq və qapalı balıq yetişdirmə laboratoriyası, baytarlıq kilinikası, maşın-traktor parkı, pataloji anatomiya muzeyi, anatomiya muzeyi, əsaslı və elektron kitabxanası, idman zalları və digər obyektləri ilə yaxından tanış olub, tələbələrin yazılı, şifahi və kompyüter vasitəsi ilə qəbul olunan imtahan proseslərini müşahidə etmək imkanı əldə ediblər.


Açar sözlər: ,