Onlardan 10-u qızıl, 12-si gümüş, 8-i isə bürünc medaldır.
Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən məktəblilərin Respublika fənn olimpiadası baş tutub. Olimpiadaya Gəncə şəhəri üzrə 22 nəfər şagird qatılıb. Onlardan 10 nəfəri fərqlənərəq, 1 qızıl, 6 gümüş və 3 bürünc medalın qalibi olub.
Gəncə şəhər Metodik Mərkəzinin direktoru Söhrab Hacıyev bildirib ki, ümumtəhsil məktəblərinin şagirdləri Nizami Gəncəvinin anadan olmasının 875 illiyi ilə bağlı keçirilən müsabiqədə 4 nominasiya üzrə iştirak ediblər. Söhrab Hacıyev onlardan 16 nəfərinin final mərhələsində iştirak etmək hüququ qazandığını deyib. Bu il 1067 şagirdin fənn olimpiadasının şəhər mərhələsinə qatılacağı müsabiqənin şərtlərində dəyişikliklər olduğunu qeyd edən Söhrab Hacıyev şagirdlərin iki mərhələ olmaqla, birinci mərhələdə nəzəri cəhətdən, ikinci mərhələdə isə praktiki cəhətdən imtahan verəcəklərini vurğulayıb.
Tokioda YUNESKO-nun 70 illiyi ilə əlaqədar keçirilən inşa müsabiqəsində 27 nömrəli məktəb-liseyinin 7-ci sinif şagirdi iştirak edib. 12 milyon şagird arasında fikirlərini ingilis dilində ifadə etdiyi üçün diplom və mükafatın sahibi olub.