12.01.2017

Gəncədə 10-cu bilik yarışının qalibləri mükafatlandırılıb

    Gəncədə bölgə məktəblilərinin 10-cu bilik yarışı keçirilib. Yarışda Gəncə, Goranboy, Şəmkir, Göygöl, Samux, Daşkəsən və Mingəçevir məktəbliləri iştirak ediblər.

    Bilik Körpüsü Hazırlıq Mərkəzindən yenigence.com-a bildirilib ki, yarışda şagirdlərə təqdim olunan suallar məktəblilərin yeni dərslik və aylıq proqramlarını əhatə edib. Maksimum nəticə daha çox 9-10-cu sinif şagirdləri arasında qeydə alınıb.

    Sonda komissiyanın qərarı ilə yüksək nəticə göstərən 100 şagird seçilib, hər kateqoriya üzrə ilk 10-luq və hər sinif üzrə ilk 3 yerin sahibi diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,