Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində “Torpaqlarımız qayıdacaq!” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Gələcək nəslin Vətənə, xalqa, dövlətə bağlılıq, məhəbbət və sədaqət ruhunda böyümələrinə, bu sahədə onların maarifləndirməsinə kömək etmək məqsədi ilə keçirilən tədbiri uşaq şöbəsinin müdiri Ellada Rəhimova açaraq,bildirib ki, Azərbaycan hər birimizin Vətənidir. Qoynunda dünyaya göz açdığımız, min bir nemətindən dadıb, isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Azərbaycanın Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik. Ellada xanım bildirib ki, müvəqqəti olaraq düşmən tapdağı altında qalan torpaqlarımız qüdrətli ordumuz tərəfindən tezliklə geri qayıdacaq və torpaqlarımız bütövləşəcək.
Tədbirdə uşaqların Vətənə, dövlətə, milli dəyərlərə sevgisindən, xalqımızın keçmişinin, tarixinin öyrənilməsinin vacibliyindən bəhs edilib. Məktəblilərin vətənpərvərlik mövzusunda söylədikləri şerlər alqışlarla qarşılanıb.
Sonda oxucular “Qarabağın bağrı qandır” adlı sərgi ilə tanış olublar.