12.01.2017

Şagirdlərin idman nailiyyətləri

    “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirir. Gəncə şəhər 27 saylı məktəb-liseydə istedadlı uşaqların aşkara çıxarılmasında müəllim və şagirdlər qələbəyə doğru gedən yolda birlikdə fəaliyyət göstərirlər. Məktəbdə kollektiv tərəfindən şagirdlərdə yaradılan özünəinam, gərgin əmək uğurlara çevrilir. İllərlə, damcı-damcı toplanmış zəhmətin nəticəsində məktəbin istedadlı şagirdləri fənn və idman yarışlarında əzmkarlıqla çıxış edir, məktəbin, müəllimlərinin inamını şərəflə doğruldurlar.

    Məktəbin 7-ci sinif şagirdi Rasim Əliyev Yeniyetmələrin VIII Respublika Oyunlarında ağır atletika idman növü üzrə 62 kq çəki dərəcəsində 101 kq nəticə ilə II yerə layiq görülüb.


Açar sözlər: ,