Yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. IX, X və XI sinif şagirdlərinin riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə bilikləri yoxlanılıb.
Bilik yarışında respublika üzrə 30000 nəfərə yaxın şagird iştirak edib. Gəncə şəhərində isə olimpiadaya 1067 nəfərə yaxın şagird qatılıb.
Olimpiadanın nəticələri yanvarın 25-dək elan ediləcək. Hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.