19.01.2017

Şagirdlər Şəhidlər Xiyabanında

    1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş məsum qətliamdan 27 il ötür. O dəhşətli gecədən illər ötsə də, xalq 20 Yanvar faciəsinin şəhidlərini unutmur, azadlığımız uğrunda canından keçənləri böyük ehtiramla yad edir. Respublikanın hər yerində olduğu kimi Gəncə şəhərində də insanlar ölkəmizin azadlığı uğrunda canlarından keçən mübarizlərimizin uyuduğu Şəhidlər Xiyabanına axışaraq, respublikamızın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəmanların xatirəsinə ehtiramlarını ifadə edirlər.

    Şəhidlər Xiyabanına gündən-günə artan insan axınının icərisində 32 saylı tam orta məktəbin ücüncü sinif şagirdləri də var. Balaca vətənpərvərlər sinif rəhbərləri Rəna Nağıyeva ilə birlikdə 20 Yanvar qəhrəmanlarının əbədiyyətə qovuşduqları müqəddəs məkana üz tutaraq, şəhidlərimizə sevgilərini ifadə ediblər. Onlar faciənin baş verdiyi gecə şəhidlik zirvəsinə qovuşan azadlıqsevər qəhrəmanlarımızın məzarları önünə güllər düzüb, şəhidlərimizi ehtiramla yad ediblər.

    Rəna Nağıyeva şagirdlərinin 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımıza həsr olunmuş şeirləri əzbər bildiklərini, onların fədakarlıqlarını əks etdirən hekayələri sevə-sevə oxuduqlarını bildirib:     “Bu müqəddəs məkanda uyuyan bütün şəhidlərimiz bizim üçün əvəzsiz, müqəddəsdir. Bir müəllim olaraq mən bütün şagirdlərimə həmin dövrdə baş verən hadisələrdə yaxından iştirak etmiş qəhrəmanlarımız barədə ətraflı söhbət açır, gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışıram”


Açar sözlər: