19.01.2017

“Gəncə şahmat şəhəri” layihəsi reallaşdı 

      Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gəncə şahmat şəhəri” layihəsi Gəncə Şahmat Məktəbində keçirilib.

    Çempionat 7 turdan ibarət olub. İştirakçılar 2 yaş qrupunda mübarizə aparmış, qaliblər sertifikat və hədiyyələrlə təltif olunmuşlar.

    Mükafatlandırma mərasimində Gəncə Şəhər Şahmat Məktəbinin müəllim və hakim heyəti ilə yanaşı Gəncə Şəhər İcra hakimiyyətinin nümayəndəsi, Gəncə Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi, eləcə də valideynlər iştirak ediblər.

    Çempionatın keçirilməsinə Gənc Şəhər Şahmat Məktəbi ilə yanaşı, Gəncə Şəhər Gənclər və İdman İdarəsi də yaxından dəstək olub.


Açar sözlər: ,