23.01.2017

Şagirdlər arasında şahmat və dama yarışları

    Gəncə Şahmat Məktəbində şagirdlər arasında şahmat və dama üzrə yarışlar keçirilib. Yarışlar İsveçrə Sistemi üzrə 7 turdan ibarət olub.

    Gərgin mübarizə şəraitində keçən yarışda 246 məktəbli birincilik uğrunda mübarizə aparıb.

    Sonda qaliblər fəxri fərman və hədiyyə ilə mükafatlandırılıblar.