Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı–2017” idman proqramı çərçivəsində yarışlar həyata keçirilir. Voleybol, basketbol, badminton, velosiped və atletika üzrə keçirilən yarışlara Bakı, Sumqayıt, Göygöl məktəbliləri də qatılıb.
Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaqdır. Eyni zamanda idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdir.
“Olimpiya Hərəkatı – 2017” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb.