27.01.2017

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum oldu.

    Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–şəhər mərhələsinin nəticələri məlum olub. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda Gəncə şəhər ümumtəhsil məktəblərindən 945 nəfər şagird iştirak edib. Bu şagirdlərdən 255 nəfəri II mərhələdə iştirak edəcəklər.
    Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Olimpiadanın növbəti mərhələsinin mart ayının ikinci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,