27.01.2017

İbtidai sinif müəllimlərinin I yarım ilin yekun konfransı keçirilib

    Gəncə Şəhər Təhsil İdarəsində Gəncə şəhər ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimlərinin 2016-2017-ci tədris ilinin I yarımildə görülən işlərə aid elmi-praktik konfransı keçirildi. Konfransda Gəncə Şəhər Təhsil İdarəsinin ibtidai siniflər üzrə metodistləri və ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri iştirak etdi. Konfransın əvvəlində Azərbaycanın qururu və qəhrəmanlıq salnaməsi olan 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məruzəçilərin məruzələri dinlənildi.