Gəncə Uşaq Evində “Niyə özümü tanımalıyam?” mövzusunda psixoloji təlim təkil olunub. Təlim Psixoloq Təhminə İsmayılovanın rəhbərliyi ilə keçirilib.
Təhminə İsmayılova uşaqlara sağlam “mən”i formalaşdırmağın yolları, cəmiyyətin “mən”ə təsiri, qınaqdan, təsirlərdən uzaq müstəqil və sağlam qərarların verilməsi haqqında geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Sonra “Mən kiməm?, “İdeal mən”, “Niyə özümü tanımalıyam?” kimi mövzularda müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib, uşaqların iştirakı ilə drama göstərişlər nümayiş olunub.