Gəncə ümumtəhsil məktəblərində idman yarışları davam edir. Bu dəfə yarışlar Gəncə şəhər 3 saylı tam orta məktəbdə təşkil olunub. Yüngül atletika üzrə keçirilən yarışda məktəbin 7 və 8 ci sinif şagirdlərindən ibarət komandalar birincilik uğrunda mübarizə aparıb.
Gərgin mübarizənin sonunda 8-ci sinif şagirdlərinin komandası qalib adını qazanıb.
Yarışların keçirilməsində əsas məqsəd şagirdlər arasında idmana maraq artırmaq, sağlam həyat tərzini aşılamaqdır.