Gəncə Uşaq Evində Xocalı Soyqrımı ilə bağlı maarifləndirici seminar keçirilib. Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Uşaq Evinin tərbiyəçisi Raziyə Məlikova uşaqlara Xocalı faciəsi haqqında geniş məlumat verib. Raziyə Məlikova qeyd edib ki, Xocalı faciəsinin dünyada tanıdılması və soyqırım kimi qəbul edilməsi istiqamətində aparılan işlər indi də davam edir. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının xüsusi rolu var.
Sonda balacalar tərbiyəçinin suallarını cavablandırıb, şeirlər söyləyiblər.