07.02.2017

Məktəblər arası yoldaşlıq görüşü

    Gəncədə futbol üzrə məktəblər arası yoldaşlıq görüşü keçirilib. Görüşdə  3 və 40 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

    90 dəqiqə davam edən oyunun sonunda 3 saylı tam orta məktəbin şagirdlərindən ibarət komanda 6:3 hesabı ilə qalib gəlib.

    Qeyd edə ki, ümumtəhsil məktəblərində keçirilən oyun və yarışlarda əsas məqsəd şagirdlər arasında  idmana maraq artırmaq, sağlam  həyat tərzini aşılamaqdır.