16.02.2017

Məktəblərdə viktorina keçirilir

    25 nömrəli tam orta məktəbdə ingilis dili fənni üzrə üç sinif arasında viktorina keçirildi. Viktorinanı keçirməkdə məqsəd: şagirdlərdə ingilis dilinə marağı artırmaq, dinləmə və anlama meyarları əsasında, bu dildə sərbəst danışmaq, düzgün tələffüz və ümumiyyətlə dünya görünüşünü artırmaqdan ibarət idi. Şagirdlər öz qabiliyyətlərini-əzmkarlıqla, mübariz şəkildə göstərdilər. Viktorinanın kulminasiya nöqtəsi isə-Azərbaycan Xalq mahnısı "Sarı gəlin " in şagird tərəfindən ingilis dilində ifa etməsi oldu. Sonda, məktəbin direktoru Səmadil Eyub qızı Əliyeva tərəfindən fəal şagirdlər tərifnamə ilə mükafatlandırıldılar.


Açar sözlər: ,