Gəncə şəhər Təhsil İdarəsinin ümumtəhsil məktəblərindən 162 nəfər şagird müsabiqədə iştirak edib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yardıcılıqları haqqında məlumatlıq səviyyəsini, şagirdlərin mütaliə sahəsində xüsusi fəallığı ilə seçilən şagirdləri aşkara çıxarmadır.
Təhsil Nazirliyinin əmrinə əasasən təşkil edilən müsabiqə məktəb, şəhər və ölkə üzrə olmaqla 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir. Müsabiqənin şəhər mərhələsində şagirdlər oxuduqları mövzu esse yazıblar. Müsabiqənin şəhər mərhələsinin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanacqlar.