21.02.2017

Martın 18-də IX sinif şagirdləri buraxılış imtahan verəcək

    Qərb bölgəsi üzrə martın 18-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. İmtahanda 13 rayonun 14 min 735 şagirdinin bilikləri sınaqdan keçiriləcək.
    Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov bildirib ki, Gəncədən 3 min 63 nəfər 9-cu sinif şagirdi imtahan verəcək. Onlardan 2 min 589 Azərbaycan 474 nəfəri rus bölməsinin şagirdidir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanının birinci mərhələsində iştirak üçün şagirdlər şagird sisteminə daxil edilib. Qərb bölgəsi üzrə təhsil alan şagirdlərin məlumatları bu şagird məzun sisteminə daxil edilib. 14735 nəfər şagirdin məlumatı artıq bu sistemdə var. Şagird məzun sisteminə daxil olunmayanlar imtahanda iştirak hüququnu itirir. Belə məktəblərin Qərb bölgəsi üzrə sayı 85 nəfərdir. 2016-cı il noyabr ayından Dövlət İmtahan Mərkəzi tərəfindən 9-cu sinif buraxılış imtahanları ilə bağlı xüsusi abituriyent jurnalı çıxarılıb. Bu jurnalda buraxılış imtahanlarında model testlər, test tapşırıq nümunələri və proqramlar verilib. Bununla bağlı məlumatlar ümumi təhsil müəssisələrinə çatdırılıb.
    Nəsimi Məmmədov bildirib ki, buraxılış imtahanlarında yeni təhsil proqramı ilə bağlı olaraq, yeniliklər də var. Ən əsası proses iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlər riyaziyyatdan 10 açıq, ana dilindən isə 10-u açıq, 10-u qapalı olmaqla test tapşrılarını həll etməli olacaqlar. İkinci mərhələyə keçən isə 30 ana dili və 30 riyaziyyatdan olmaqla, 60 sualı cavabandırmalı olacaqlar və nəticələr 200 ballıq şkala ilə hesablanacaq. Hər iki mərhələdən keçən 9-cular orta ixtisas müəssisələrinə qəbulda iştirak hüququ da qazanacaqlar.
    Bu il 9-cu sinif təhsil alan şagirdlər istəsələr, sənəd qəbulu dövründə orta ixtisas müəssisələrinə kim sənəd vermək istəyirsə, həmin sənədləri təsdiq etdikdə həmin buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq, həmin imtahanların ixtisas seçimində iştirak edə bilərlər. Ötən ildə olduğu kimi Gəncə ASAN xidmət mərkəzinin könüllüləri imtahanda nəzarərçi qismuində iştirak edəcəklər. Artıq 12 könüllü qeydiyyata alınıb. Qərb bölgəsi üzrə buraxılış imtahanı 35 binada keçiriləcək. Gəncə şəhərində isə imtahanların keçirilməsi üçün 7 bina ayrılıb.


Açar sözlər: