21.02.2017

Fövqəladə hadisələrlə bağlı marifləndirici seminar

    Gəncə şəhər  3 saylı tam orta məktəbdə“Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirib. Fövqəladə Hallar Nazirliyi Regional Mərkəzinin təşkilatşılığı ilə keçirilən tədbirdə valideynlər, müəllim-şagird kollektivi iştirak edib.

    Məktəb kollektivinin maarifləndirilməsi və təlimatlandırılması məqsədi ilə keçirilən tədbirdə FHN-nin fəaliyyətini əks etdirən video çarx nümayiş olunub,  fövqəladə hallar zamanı davranış qaydalarına həsr olunan müxtəlif mövzularda çıxışlar dinlənilib.

    Sonda tədbir iştirakçılarına praktik xilasetmə, yanğınsöndürmə və ilkin tibbi yardım  qaydaları göstərilib.