21.02.2017

Qərb bölgəsinin şagirdləri bilik və bacarıqlarını sınayıblar

    Gəncədə Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Qərb bölgəsi orta ümumtəhsil məktəblərin X sinif şagirdləri arasında intellektual bilik yarışı keçirilib. Yarışda Gəncə ilə yanaşı, 9 rayonun 370 şagird bilik və bacarıqlarını sınayıb.

    2 mərhələdən ibarət bilik yarışında 50 sualı düzgün cavablandıran şagirdlər respublika intellektual bilik yarışına qatılmaq imkanı əldə edəcəklər.

    Layihənin əsas məqsədi gənclərin fəallığının, bilik və bacarıqlarının artırılması, onların intellektual səviyyələrinin yüksəldilməsi və bilik yarışlarına rəqabətə davamlı gənclərin hazırlanmasıdır.


Açar sözlər: ,