Martın 11-də Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.
Olimpiadanın yarımfinal turu ölkənin 12 müxtəlif bölgəsindəki mərkəzlərdə-Naxçıvan MR, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Lənkəran, Mingəçevir, Ucar, Xaçmaz, Şirvan, Şəki və İsmayıllıda keçirilib. 6000-ə yaxın şagirdin qatıldığı yarımfinal turunda rayon, şəhər mərhələsində 60 faiz və yuxarı nəticə göstərmiş şagirdlər iştirak ediblər.
Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə hər fənn üzrə 25 sual təqdim edilib. Yarımfinal turunda 70 faiz və yuxarı nəticə göstərmiş hər fəndən ən yaxşı 60 şagird Respublika fənn olimpiadasının final mərhələsində iştirak etmək hüququ əldə edəcək.
Respublika fənn olimpiadalarının final mərhələsinin aprel ayında keçirilməsi planlaşdırırlır.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 15-də keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib.