13.03.2017

  Məktəblilərin fənn olimpiadasının zona mərhələsi keçirilib

      Gəncə şəhrində M.Ş.Vazeh adına 16№li tam orta məktəbdə Məktəblilərin fənn olimpiadasının zona mərhələsinin qalibi adı uğrunda məktəblilərin bilik və bacarıqları yoxlanıldı. Respublika fənn olimpiadasının yarımfinal turuna Gəncə, Goranboy, Göygöl, Samux, Kəlbəcər, Xocavənd və Daşkəsən rayonlarından ümumillikdə 473 nəfər şagird iştirak etdi. Respublika fənn olimpiadalarının keçirilməsində və təşkilində Gəncə Şəhər Təhsil İdarəsi yeni bir uğura imza atdı. Təhsil Nazirliyi, Gəncə Şəhər Təhsil İdarəsi və Gəncə “Asan Xidmət”in birgə əməkdaşlığı çərçivəsində Gəncədə imtahanlara nəzarəti məhz “Asan Könüllülər” həyata keçirtdilər. Nəzarətçi kimi iştirak edən 30 “Asan Könüllü” imtahana qədər xüsusi təlim keşirilib. İstedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarının nümayişinə yardım etmək üçün keçirilən olimpiadanın gedişini valideynlər də izləyə bildilər. Eyni zamanda valideynlər imtahanların obyektivliyinə yaradılan şəraitlə taniş oldular. Riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə verilən sualları IX, X və XI sinif şagirdləri test üsulu ilə cavablandırdılar. Seçilən hər fənn üzrə 25 sual, dəqiq fənlər üçün 180, humanitar fənlər üçün isə 90 dəqiqə vaxt ayrılıb. Yarımfinalda hər fəndən maksimum 60 şagird apreldə keçiriləcək Respublika turuna vəsiqə qazanacaq