Gəncə Dövlət Universitetinin tələbə-gənclər təşkilatının təşəbbüsü ilə universitetin bir qrup tələbəsi Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdləri ilə birlikdə Məhsəti Gəncəvi Mərkəzinə ekskursiya təşkil olunub.
Burada şagirdlərə Gəncənin tarixi, Azərbaycanın dahi şairəsi və mütəfəkkiri Məhsəti xanım Gəncəvinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Mərkəzi ziyarət edən məktəblilər şairənin əlyazmalarına, eləcə də həmin dövrün eksponatlarına baxıblar.
Məhsəti Mərkəzinə ekskursiya edən şagirdlər buradan xoş təəssüratlarla ayrılıblar.