Gəncə şəhər 16 saylı tam orta məktəbin VIII sinif şagirdləri müəllimləri Pərvanə Abdullayevanın rəhbərliyi ilə “Bir ömrün gərəyi” adlı layihə hazırlayıblar. Layihə çərçivəsində şagirdlər “Təcili yardım” “Ürək”, “Qan” qruplarına ayrılaraq, qan-damar sistemi haqqında ətraflı araşdırma aparıb, maraqlı məlumatlar toplayıblar.
7 Aprel-Ümumdünya sağlamlıq günündə şagirdlər şəhər Kardioloji Xəstəxanasında olub, laboratoriyada qanin tərkibinin necə yoxlandığını öyrənib, urəyin EXO müayinəsinin, kardioqramasının çəkilməsi mərhələsini izləyib, ürəkdə olan küyü eşidiblər. Kardioloq Vüqar Abbasov şagirdlərə qan təzyiqinin və nəbzin ölçülməsini izah edib.
Məktəblilər layihə sayəsində spirtli içkilərin ürək-damar xəstəliyinə səbəb olduğunu, klarnetdə ifa edilən musiqini dinləməyin qan dövranını tənzimlədiyini və s. maraqlı məlumatlar əldə ediblər.