21.04.2017

 Məktəblilər arasında  müsabiqə

    Məktəblilər arasında “Google SketchUp” proqramında ən yaxşı 3D model hazırlamaq üzrə müsabiqə keçirilib. Müsabiqədə respublikamızın müxtəlif bölgələrindən şagirdlər iştirak edib.

    Gərgin mübarizə şəraitində keçən müsabiqənin sonunda  reytinq cədvəli qurulub, nəticələr müqayisə və təhlil olunaraq I, II, III, IV yer üzrə qaliblər müəyyən edilib. Gəncə şəhər 6 saylı orta məktəbin şagirdi Oktay Məmmədovun hazırladığı model də münsiflər tərəfindən bəyənilərək  II yerə layiq görülüb.

    Qeyd edək ki, modelin hazırlanması üçün şagirdlərə 2 saat vaxt verilib. Şagirdlərə veriləcək tapşırıq isə müsabiqə günü münsiflər heyətinin və Təhsil Nazirliyinin məsul şəxslərinin iştirak etdiyi püşkatma nəticəsində müəyyən olunub.


Açar sözlər: ,