Gəncə Uşaq Evinin balaca sakinləri Gəncəçayın sağ sahilində salınan Park-Bulvar kompleksində olub, bazar gününün sevincini yaşayıb, əyləncə dolu anlar keçiriblər. Onlar Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat və Kitab Evləri, Saat qülləsi ilə yaxından tanış olub, attraksionlardan istifadə ediblər. Uşaqlar fəvvarələrin, sahil boyunca qoyulmuş müxtəlif heykəllərin, məkana xususi gözəllik verən dekorativ ağacların, çiçək və gül kollarının yanında şəkillər çəkdiriblər.
Beləliklə, uşaqların yaddaşına daha bir xoş gün yazılıb.