21.04.2017

Şagirdlər Heydər Əliyev Mərkəzində

    Gəncə şəhər 27 saylı məktəb-liseyin şagirdləri ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzə ekskursiya ediblər. Onlar  Heydər Əliyev Muzeyində ulu öndərin mənalı həyatını, geniş fəaliyyətini, doğma Vətənimizə və xalqa misilsiz xidmətlərini əks etdirən eksponatlarla yaxından tanış olublar.

    Məktəb rəhbərliyinin təşkilatçılığı ilə təşkil olunan ekskursiyanın məqsədi şagirdlərdə ulu öndər Heydər Əliyev irsinin dərindən öyrədilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrlə bağlı ruhda böyüməsi olub. Qeyd edilib ki, ulu öndərin həyat və fəaliyyəti ilə yaxından tanışlıq şagirdlərin biliklərinin  zənginləşməsində, Vətənə, xalqa və dövlətçiliyə sədaqət ruhunun yüksəldilməsində, təxəyyülün formalaşmasında  mühüm əhəmiyyət kəsb edir.