N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdə Gəncə Şəhər Təhsil İdarəsi və İstək liseyinin birgə keçirdiyi-Məntiq olimpiadası VI sinif şagirdləri arasında keçirildi. Olimpiadada 260 şagird iştirak etdi. Olimpiadanın məqsədi şagirdlərin məntiqi bilik və bacarıqlarının aşkar olunması və gələcək beynəlxalq və fənn olimpiadalarına hazırlaşmaqdır. Qaliblər Gəncə Şəhər Təhsil İdarəsi və Gəncə İstək Liseyi tərəfindən mükafatlandırılacaqlar.