21.04.2017

Müsabiqədənkənar qəbul olunacaq abituriyentlər 

    Dövlət İmtahan Mərkəzi dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.
    DİM-dən verilən məlumata görə, “Təhsil haqqında” qanuna əsasən, qaliblər müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
    Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aprelin 5-dən 16-dək sənədlərini Dövlət İmtahan Mərkəzinə və ya DİM-in Regional Bölməsinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər.
    Sənədlərə 2017-ci il martın 16-dan aprelin 10-dək ümumi qaydada təsdiq olunan “Abituriyentin elektron ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu) daxildir.