Gəncə şəhərində Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən Azərbaycanda fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələrində təhsil alan 6-17 yaş arasında olan uşaq və gənclər IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsi keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd - IV İslam Həmrəyliyi Oyunlarını məktəblilər arasında təbliğ etmək, şagirdlərdə dini tolerantlıq, islam xalqları arasında sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, islam mədəniyyəti, incəsənəti və tarixini təbliğ etməkdən ibarətdir.
Müsabiqə 6-17 yaş arası məktəblilər olmaqla, 6-9, 10-13, 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib.
Müsabiqə II mərhələ üzrə keçirilir:
-Zona mərhələsi
-Respublika mərhələsi
Zona üzrə 12 rayondan müsabiqəyə 152 rəsm təqdim edilmişdir. Respublika mərhələsinə Gəncə, Şəmkir, Tovuz, Samux, Naftalan, Ağdam rayonları vəsiqə qazandı.