27.04.2017

Qəşəm Nəcəfzadə ilə görüş keçirildi

    25 nömrəli tam orta məktəbdə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı, Beynəlxalq Rəsul Rza mükafatının laureatı şair Qəşəm Nəcəfzadə ilə görüş keçirildi. Görüşdə: şairin özünə ustad sandığı - Qərib Mehdi, həyat yoldaşı, qələməhlindən- Ramiz Təmkin, Ofeliya Mədətqızı, Zahid Şirani, Gülnarə Sadiq, Məhəmməd Turan, eləcə də, Gəncə şəhərinin Metodiki Mərkəzindən metodistlər, həmçinin şairin Gəncə Dövlət Universitetində oxuduğu dövürdə, auditoriyada mühazirələri bir yerdə dinlədikləri tələbə yoldaşları, məktəbin müəllim və şagird kontingenti iştirak edirdi. Görüşü, məktəbin direktoru Səmadil Əliyeva açaraq, şair Qəşəm Nəcəfazdəyə, həmçinin, onun ustadı Qərib Mehdiyə, eləcə də bütün qonaqlara-"Xoş gəlmisiniz!" söylədi. Sonra,Qəşəm Nəcəfzadənin həyat və yaradıcılığına həsr olunmuş-videoçarx təqdim olundu. Daha sonra, sözü, şair Qəşəm Nəcəfzadəyə verdi....Qəşəm müəllim, Nizami yurdu Gəncəyə ilk gəlişindən, oxuduğu Universitet illərindən kövrələrək danışdı.O dedi: " Gəncə, mənim ikinci vətənim sayılır....Mənim bu şəhərə-Gəncəyə və gəncəlilərə böyük hörmətim var. Düzü, Gəncəni tanımaq çox çətindir...Qədimliliklə yanaşı, şəhərdə yeniliklər...., onun bir modern şəhər olmasına dəllalət edir....Və əlbəttə, bütün bunlar-Ulu Öndər, Ümummilli Lider, Azərbaycan Respublikasının qurucusu və baş memarı Heydər Əliyev siyasətinin davamçısı cənab İlham Əliyevin -Gəncəyə, eləcə də gəncəlilərə xüsusi diqqət və qayğısından irəli gəlir.Buna görə, eləcə də, bu cür işıqlı və yaraşıqlı məktəblərin tikilməsi,Gəncəni, eləcə də Azərbaycanı -müxtəlif möhtərəm tədbirlərin keçirilməsində bütün Dünyaya tanıtdığı üçün...Cənab Prezidentimizə öz təşəkkür və minnətdarlığımızı bildirirəm." Azərbaycanda elan olunmamış müharibədə, canını fəda etmiş-şəhidlər də unudulmadı...Qəşəm müəllim onlar haqqında da-ürək sözlərini dedi....Şəhidlərimizə- Allahdan rəhmət dilədi....Bildirdi ki, qələbə müjdəsi tezliklə eşidiləcək....Ali Baş Komandanımızın əmri ilə-biz tezliklə bu şərəfə nail olacağıq.... Sonra, şagirdlər öz məharətlərini göstərdilər...Onlar Qəşəm Nəcafzadəyə müxtəlif suallar ünvanladılar, şairin şeirlərindən parçalar söylədilər, "Sarı gəlin" və "Çırpınırdı Qara dəniz" mahnılarını "a capella" və gitaranın, eləcə də şairin öz dilindən eşitdikləri şeirləri -sazın ifasında dinlədilər....Şairin hyat yoldaşı isə.....o, tamam kövrəlmişdi...kövrələrək də, Qəşəm Nəcəfzadəyə bir insan kimi-minnətdar olduğunu söylədi. Məktəb rəhbərliyi tərəfindən -gül dəstəsi - ona təqdim olundu. Tədbirdə iştirak edən şair və şairələr: Ramiz Təmkin, Qərib Mehdi, Ofeliya Mədətqızı, Zahid Şirani, Gülnarə Sadiq, Məhəmməd Turan....şair haqqında öz ürək sözlərini söylədilər...Onlar-bu cür təmtəraqlı, ən əsası-təbii bir tədbir keçirdikləri üçün, məktəb kontingentinə təşəkkür etdilər....Sonda, xatirə şəkilləri çəkildi.