Gəncə şəhər Gənclər və İdaman Baş İdarəsi, şəhər Uşaq Yaradıcılıq Mərkəzi və şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Gəncə MDB Mədəniyyət Paytaxtı 2017″ layihəsi çərçivəsində yeniyetmələr arasında “Milli Mədəniyyət Festivalı”nın rəsm nominasiyası üzrə seçim turu keçirilib. 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan layihənin məqsədi istedadlı uşaqların üzə çıxarılması, onlar arasında dostluq münasibətlərinin qurulmasına təkan verməkdir.
Müsabiqə xarakteri daşıyan layihə “Mahnı”, “Şeir”, “Natiqlik”, “Rəms” və “Rəqs” nominasiyaları üzrə keçirilir.
Rəsm nominasiyası üzrə seçim mərhələsində şəhərinin ümütəhsil məktəblərindən gənc rəssamlar iştirak ediblər
Layihənin rəhbəri Azərbaycan Dövlət Aqrar Universitetinin I kurs tələbəsi Nəzrin Allahverdiyeva bildirib ki, artıq “Mahnı” nominasiyası üzrə seçim mərhələsi başa çatıb, digər nominasiyalar isə iyun ayının 1-dək həyata keçiriləcək. Hər nominasiya üzrə münsiflər heyəti tərəfindən qiymətləndirilən 5 istedadlı şagird “Milli Mədəniyyət Festivalı”nda bir daha bacarığını nümayiş etdirmək imkanı əldə edəcək.