22.05.2017

Şagirdlərin “Şən startlar” idman tədbiri

    Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Gəncə şəhər 32 saylı tam orta məktəbin 3-cü sinif şagirdləri “Şən startlar” əyləncəli bədii-idman tədbiri keçiriblər. Bədii-idman tədbirinə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

    Üçüncülərin sinif rəhbəri Rəna Nağıyeva  bildirib ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə, onun sağlam böyüməsinə qayğı günü-gündən artmaqdadır. Ulu öndər Heydər Əliyev gənclərin idmanla məşğul olmalarını hər zaman dəstəkləyib, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına şərait yaradıb. Ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı dünyanın lider dövlətlərindən birinə çevirib. Qısa müddət ərzində ölkədə müasir Olimpiya İdman Kompleksləri inşa edilərək idmançılarımızın ixtiyarına verilib.     Bu diqqətin nəticəsidir ki, idmançılarımız hər il müxtəlif beynəlxalq yarışlarda müvəffəqiyyətlə iştirak edərək Vətənə medallarla qayıdırlar. Ölkəmizin son günlər ev sahibliyi etdiyi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ilk günlərindən 50 medal qazanması bizi çox sevindirib.

    Uşaqlar şən və əyləncəli müsiqilərin müşayəti ilə müxtəlif idman nömrələri ilə çıxış edibər.

    Sonda ən fəal şagirdlər mükafatlandırılıblar.