Gəncədə Vergilər Nazirliyinin təşəbbüsü ilə məktəblilər arasında keçirilən ”Vergilər uşaqların gözü ilə” adlı ümumrespublika inşa yazı və rəsm müsabiqəsinin zona birinciləri bəlli olub. 14 ildir təşkil olunan müsabiqənin məqsədi vergi qanunlarının cəmiyyətdə təbliği, uşaq və gənclər arasında vergi biliklərinin artırılması, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi, həmçinin gələcək vergi ödəyiciləri olan şagirdlərə onların anlaya biləcəyi formada çatdırılmasıdır.
Gəncə şəhər 14 saylı tam orta məktəbdə keçirilən tədbirdə rəsm çəkmək və inşa yazmaq bacarığı olan şagirdlərin rəsmləri və inşaları nümayiş olunub. Ən yaxşı çəkilmiş rəsmlər və ən yaxşı yazılmış inşalar I,II və III yerlər üçün seçilərək diplomlarla təltif olunub.
Zona birinciliyinin qalibi olan şagirdlər Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçiriləcək respublika birinciliyinə vəsiqə qazanıblar.