22.05.2017

Pərvin Kərimzadə qalib şagirdlərlə görüşüb

    Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin  Kərimzadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə şəhərin 4, 27,23,22,9,11,43 və 39 saylı tam orta məktəblərinin IX-XI sinif şagirdləri üçün Azərbaycan tarixi fənni üzrə keçirilən olimpiadanın qalibləri və valideynləri ilə görüşüb.

    Görüş zamanı Pərvin Kərimzadə Universitetin Tələbə Gənclər Təşkilatının layihəsi əsasında Təcrübə və karyera şöbəsinin dəstəyi ilə keçirilən bu cür olimpiadaların təhsilin inkişafına müsbət təsir göstərdiyini, şagirdlər arasında elmə, biliyə marağın artdığını, onların tariximizi daha ətraflı öyrənməsinə təkan verdiyini bildirib.

    Millət  vəkili qeyd edib ki, Gəncə Dövlət Universiteti şəhərin orta ümumtəhsil məktəbləri ilə  əlaqələrin genişləndirilməsinə, ali məktəbə şagirdlərin maraqlarının artmasına ciddi diqqət yetirir. Təcrübəçi tələbələr məktəb kollektivləri ilə birgə tədbirlər keçirir, məktəbin ictimai həhəyatında yaxından iştirak edir, professorlar açıq dərslər təşkil edirlər.
    Pərvin Kərimzadə savadlı, tərbiyəli övladlar böyütmüş valideynlərə təşəkkürünü bildirib, qaliblərə yeni-yeni uğurlar diləyib, onlara diplom və hədiyyələr təqdim edib.

    Qeyd edək ki, bilik yarışının nəticələrinə görə 27 saylı məktəb-liseyin XI sinif şagirdi Aysel Ələkbərova I yerə, 27 saylı məktəb-liseyin şagirdi Ramazan İbrahimli və 2 saylı orta məktəbin şagirdi Esmira Hüseynli II yerə, 43,4 və 6 saylı məktəblərin şagirdlərindən Məleykə Bədəlova, Leyla İsmayılova, Yunis Abbasov və Müjgan Fərhadova III yerə sahib olublar.