Gəncənin 24 saylı orta məktəbinin futbol komandası AFFA, Təhsil Nazirliyi və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirində 3-cü yerə sahib olub, bürünc, medalla təltif edilib. Ölkənin ən kütləvi futbol layihəsi olan turnirdə 2500 orta ümumtəhsil məktəbdən 20 min şagird iştirak edib.
Qeyd edək ki, Gəncə məktəbliləri 2015-ci ildə də “Məktəbli kuboku”nun mükafatçısı olublar.